Çin “Tyançjou-7” yük gəmisini milli orbital stansiyaya buraxıb.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
“Tyançjou-7” yük gəmisini daşıyan “Çançjen-7” (CZ-7) daşıyıcı raketi Vençan kosomodromundan orbitə buraxılıb”, - məlumatda bildirilir.
Buraxılış yerli vaxtla saat 22:27-də həyata keçirilib.
Qeyd edək ki, Çinin “Tyanqun” orbital stansiyası təqribən 400 km yüksəklikdə yerləşir və 10 ildən artıq fəaliyyət göstərəcək. O, 3 nəfər üçün (ekipaj rotasiyası zamanı qısa müddətə 6 nəfərə qədər) nəzərdə tutulub. Orbital qurğu 2022-ci ildən normal fəaliyyətə başlayıb və beynəlxalq layihələr üçün əlçatandır.