KİV: Çin ticarət mübahisələrinin həllinə qədər ABŞ-la sammit keçirmək istəmir

KİV: Çin ticarət mübahisələrinin həllinə qədər ABŞ-la sammit keçirmək istəmir Bakı. 9 mart. REPORT.AZ/ Çin hakimiyyəti rəsmi Pekin və Vaşinqton arasında ticarət məsələləri üzrə son razılığa nail olunmayınca, ölkə rəhbəri Si Çzinpinlə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsinin məqsədəuyğunluğuna şübhə edir.
Digər ölkələr
9 Mart , 2019 08:31
KİV: Çin ticarət mübahisələrinin həllinə qədər ABŞ-la sammit keçirmək istəmir

Bakı. 9 mart. REPORT.AZ/ Çin hakimiyyəti rəsmi PekinVaşinqton arasında ticarət məsələləri üzrə son razılığa nail olunmayınca, ölkə rəhbəri Si Çzinpinlə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsinin məqsədəuyğunluğuna şübhə edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri bildirib.

Nəşrin mənbələrinin sözlərinə görə, Çinin rəsmi şəxsləri tərəflər arasında razılığa nail olunmayınca, sammitin keçirilməsi ilə bağlı öhdəliklər verməkdən imtina edirlər.

"Tərəflər bir həftə əvvəl razılaşmanın ilkin versiyasının uyğunlaşdırılmasına yaxın idilər", - qəzet bildirib. Ancaq bildirilir ki, Çin rəhbərliyi Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Trampın Vyetnamdakı görüşünün uğursuz olmasından heyrətlənib.

2018-ci il dekabrın əvvəlində ABŞ və Çin liderləri Argentinada keçirilən görüşdə üç ay ərzində iki ölkə arasında ticarət razılaşmasının yekununa dair tədbirlərin görülməsi barədə razılığa gəliblər. ABŞ prezidenti bildirib ki, yanvarın 1-dən ümumi məbləği 200 milyard dollar olan Çin mallarının tariflərini 10%-dən tarifləri 25%-ə qədər artırmamağa razılaşıb. Ticarət sazişinin müddəti bu il martın 1-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi