Yuxarı

Çin Tailandın ekstradisiya etdiyi 45 uyğur türkünə həbs cəzası kəsib

Onlardan 43 nəfəri 4-15 il, ikisi isə ömürlük azadlıqdan məhrum edilib

Bakı. 27 avqust. REPORT.AZ/ Tailanddan Çinə ekstradisiya edilən 109 uyğur türkündən 45-nə həbs cəzası kəsilib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Çinin "Xinjiang Daily" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, həmin 45 şəxs Çin hökuməti tərəfindən axtarışda olub və onlar terrorçu qrupların aksiyalarına qatılmaq, liderlik etmək, aksiya keçirmək, terror təşkilatlarını maliyyələşdirmək və qanunsuz yollarla insanları sərhəddən keçirməkdə təqsirləndiriliblər.

Nəticədə məhkəmə onlardan 43 nəfərini Çinin Sincan əyalətində Karamay, Aksu, Kaşqar və Hoten adlı şəhərlərdə həyata keçirilən ümumilikdə 10 terror aktında günahlandıraraq 4-15 il, ikisini isə ömürlük azadlıqdan məhrum edib.

Eyni zamanda, Çin polisinin kamera görüntüləri məhkum edilən şəxslərdən bəzilərinin törətdikləri cinayətləri sübut edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi