Yuxarı
    Bağlamaq

    Çin sualtı dronu ABŞ-a qaytarıb

    Pentaqon bu məlumatı təsdiqləyib

    Bakı. 20 dekabr. REPORT.AZ/ Pentaqon nümayəndəsi Piter Kuk Çinin daha əvvəl Cənubi Çin dənizində ələ keçirilmiş sualtı dronu (pilotsuz aparat) ABŞ-a qaytardığını təsdiqləyib.

    Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

    Xatırladaq ki, Çin dekabrın 15-də Filippin adalarında Subik Bey bazasının şimal-qərbində sualtı pilotsuz aparat ələ keçirib. Amma sonradan aparatın ABŞ-ın "Bowditch" gəmisindən suya okeanoqrafik tədqiqat üçün buraxıldığı məlum olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi