Çin şirkəti Gürcüstan hakimiyyətindən həbs edilmiş əməkdaşlarının azadlığa buraxılmasını tələb edib

Çin şirkəti Gürcüstan hakimiyyətindən həbs edilmiş əməkdaşlarının azadlığa buraxılmasını tələb edib Hazırda şirkətin 3 əməkdaşı həbsdədir
Digər ölkələr
5 Noyabr , 2016 07:34
Çin şirkəti Gürcüstan hakimiyyətindən həbs edilmiş əməkdaşlarının azadlığa buraxılmasını tələb edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Çinin Gürcüstanın qərbində dəmir yol tuneli tikən "China Railway 23rd Bureau Group Co. Ltd" şirkəti Gürcüstan hakimiyyətinə müraciət edərək, həbs edilmiş əməkdaşlarının azadlığa buraxılmasını tələb edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, şirkətin işçiləri Haraqaulsk rayonunun Zvare kəndində, yerli sakinlərlə kütləvi davaya görə saxlanılıblar.

Belə ki, dəmiryol tuneli inşa edən Çin fəhlələri ilə yerli sakinlər arasında noyabrın əvvəllərində insident baş verib. Bundan 1 gün sonra isə tərəflər arasında kütləvi dava olub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Hadisəyə görə, şirkətin 3 əməkdaşı həbs edilib.

Şirkət tərəfindən yayılmış xüsusi bəyanatda bildirilir ki, Çin fəhlələri tərəfindən gürcü işçilərə və yerli sakinlərə qarşı fiziki təhqirlər haqqında informasiyalar həqiqətə uyğun deyil.

Şirkətin məlumatına görə, əslində onun əməkdaşlarının və yerli sakinlərin arasında kiçik münaqişə olub. Buna səbəb Zvare kəndində ağacın kəsilməsi olub. Qeyd edilir ki, meşədə kəsilmiş ağac Gürcüstanın Ətraf Mühitin Qorunması Nazirliyinin Meşə Təsərrüfatı Departamentinə aid olub. Amma onun mühafizəsi üçün məsuliyyət Çin şirkətinin üzərinə düşüb.

Son xəbərlər

Orphus sistemi