Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq Qadağa dekabrın 31-dək qüvvədə ola bilər
Digər ölkələr
18 Fevral , 2017 16:56
Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

Bakı. 18 fevral. REPORT.AZ/ Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri bəyanat yayıb.

Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün daşınmaların dayandırılmasına aydınlıq gətirməyib.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb.

Son xəbərlər

Orphus sistemi