Çin sərhədçiləri iki uyğuru öldürüb

Çin sərhədçiləri iki uyğuru öldürüb ​Onların Pekin hakimiyyətinin repressiyalarından qaçmağa cəhd göstərdikləri bildirilir
Digər ölkələr
19 Yanvar , 2015 14:38
Çin sərhədçiləri iki uyğuru öldürüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Çin sərhədçiləri iki uyğur türkünü güllələyərək öldürüb.

"Report" "BBC"yə istinadən xəbər verir ki, rəsmilər onların Çin-Vyetnam sərhədini keçməyə cəhd edərkən güllələndiyini bildiriblər.

Hakimiyyət iddia edib ki, uyğurlar sərhədçilərə bıçaqla hücum edib. Məlumata görə, onlardan biri hadisə yerindən qonşu şəhərə qaçıb.

Rəsmi Pekin uyğurların Cənub-Şərqi Asiya dövlətlərinə qaçmasını müsəlmanlarla ölkədə çoxluq təşkil edən xaanlar (çin milləti) arasında qarşıdurmanın güclənməsi ilə əlaqələndirir.

Çin hakimiyyəti onların islam adı altında fəaliyyət göstərən, çeşidli qruplaşmalara qoşulacaqlarından ehtiyatlanır. Uyğurlar isə Pekin hakimiyyətinin repressiyalarından qaçmağa cəhd göstərdiklərini bildirirlər. 

Son xəbərlər

Orphus sistemi