Bakı. 19 yanvar. REPORT.AZ/ Çin prezidenti Si Tszinpin Səudiyyə Ərəbistanına rəsmi səfər edib.
"Report" krallığın SPA informasiya agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində rəsmi ər-Riyadla rəsmi Pekin arasında strateji tərəfdaşlığın yaradılması üzrə yekun razılıq əldə ediləcəyi və müvafiq bəyanatın veriləcəyi gözlənilir.
Yaxın Şərq turu çərçivəsində Si Tszinpin həmçinin Misir və İrana da səfər edəcək. O, burada dövlət başçıları ilə gündəmdə olan regional və beynəlxalq məsələləri müzakirə edəcək.