Çin parlamenti Honkonqla bağlı qanunu qəbul etdi

Çin parlamenti Honkonqla bağlı qanunu qəbul etdi
Digər ölkələr
236
30 İyun , 2020 07:33
Çin parlamenti Honkonqla bağlı qanunu qəbul etdi

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi iyunun 30-da Honkonqun təhlükəsizliyinin təmin olunması haqqında qanun layihəsini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “The South China Morning Post” qəzeti məlumat yayıb.

Honkonqun Qanunverici Şurasının iştirakı olmadan qəbul edilən qanun layihəsi 1 iyulda qüvvəyə minəcək.

Qeyd edək ki, bu qanun Honkonqun muxtariyyətini kəskin şəkildə məhdudlaşdıracaq. Çin hakimiyyəti separatçı çağırışlar olduğu halda bu muxtar qurumu cəzalandırmaq məqsədilə öz təhlükəsizlik qüvvələrini göndərəcək, həbslər keçirə biləcək.

İlkin məlumata görə, ən ciddi cəza tədbiri kimi ömürlük həbs nəzərdə tutulub.