Çin ölkənin ən kasıb sakinlərinin köçürülməsinə 140 milyard dollar xərcləyəcək

Çin ölkənin ən kasıb sakinlərinin köçürülməsinə 140 milyard dollar xərcləyəcək Layihəni dövlətə məxsus İnkişaf Bankı və Çinin Kənd Təsərrüfatı İnkişafı Bankı maliyyələşdirəcək
Digər ölkələr
31 Oktyabr , 2016 16:39
Çin ölkənin ən kasıb sakinlərinin köçürülməsinə 140 milyard dollar xərcləyəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Çin ölkənin seyrək məskunlaşma olan ərazilərində yaşayan ən yoxsul sakinlərin köçürülməsinə 2020-ci ilə qədər 946,3 milyard yuan (140 milyard ABŞ dolları) sərmayə qoyacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Çinin Milli İnkişaf və İslahatlar Komissiyası məlumat verib.

Layihəni dövlətə məxsus İnkişaf Bankı və Çinin Kənd Təsərrüfatı İnkişafı Bankı maliyyələşdirəcək. Ayrılacaq vəsait evlərin və infrastrukturun tikintisinə sərf olunacaq. Pulların bir hissəsi boşalacaq torpaq sahələrinin abadlaşdırılmasına xərclənəcək.

Ümumiyyətlə, kütləvi köçürmə dövlət proqramının bir hissəsidir. Proqramın məqsədi 2020-ci ilədək ölkənin ən yoxsul 10 milyon vətəndaşının yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə Çində yoxsul regionlara yardım fondu da yaradılıb. İndi bu il ucqar ərazilərdə yaşayan 2 milyon nəfərin yaşayış daha çox olan yerlərə köçürüləcəyi gözlənilir.

Çin hökumətinin və dövlət mediasının məlumatına görə, ölkədə ümumi əhalinin təqribən 5%-i (70 milyon nəfər) yoxsuldur. Onlar ildə 2300 yuandan (təqribən 340 dollar) çox qazana bilmirlər.

Son xəbərlər

Orphus sistemi