Bakı. 24 sentyabr. REPORT.AZ/ Çin lideri Si Tsinpin ABŞ prezidenti Barak Obama ilə havanın çirklənməsi və kiber hücum daxil olmaqla bir sıra məsələləri müzakirə etmək üçün Vaşinqtonda səfərdədir.
“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi məlumata görə, Si Tsinpin artıq “Microsoft”, “Boeing” və “Facebook” da daxil olmaqla Amerikanın bir sıra nəhəng şirkətlərinin yüksək səviyyəli nümayəndələri ilə görüşüb.
Görüşlərdən sonra Çin lideri bəyan edib ki, onun ölkəsi ABŞ-dan 300 ədəd sərnişin təyyarəsi alacaq.
Si Tsinplə Barak Obamanın görüşü isə bu gün axşama nəzərdə tutulub.