Çin koronavirusa qarşı beynəlxalq yardım ayırır

Çin koronavirusa qarşı beynəlxalq yardım ayırır Çin qarşıdakı üç ildə inkişaf edən ölkələrin COVID-19-dan iqtisai və sosial cəhətdən dirçəlmələri üçün 3 milyard ABŞ dolları həcmində beynəlxalq yardım ayıracaq.
Digər ölkələr
16 İyul , 2021 19:04
Çin koronavirusa qarşı beynəlxalq yardım ayırır

Çin qarşıdakı üç ildə inkişaf edən ölkələrin COVID-19-dan iqtisai və sosial cəhətdən dirçəlmələri üçün 3 milyard ABŞ dolları həcmində beynəlxalq yardım ayıracaq.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bunu ölkənin lideri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) qeyri-rəsmi forumuna göndərdiyi video müraciətində bildirib.

Çin dövlət başçısı həmçinin daha əvvəl inkişaf edən ölkələrə 500 milyondan artıq peyvənd dozası ayırdıqlarını da bildirib.

Bununla yanaşı, APEC forumunun pandemiyaya qarşı mübarizə və iqtisadi dirçəliş məqsədilə xüsusi fornd yaratması üçün də maliyyə yardım göstəriləcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, may ayında da Çin inkişaf edən ölkələrə koronavirusa qarşı tədbirlər üçün 3 milyard dollarlıq maliyyə yardımı ayırmışdı.

Son xəbərlər

Orphus sistemi