Çin koronavirus dalğasının pik nöqtəsinin geridə qaldığını açıqladı

Çin koronavirus dalğasının pik nöqtəsinin geridə qaldığını açıqladı Çinin səhiyyə məsələləri üzrə komitəsinin nümayəndəsi Mi Fen ölkədə koronavirus epidemiyasının pik həddinin başa çatdığını bildirib.
Digər ölkələr
12 Mart , 2020 12:06
Çin koronavirus dalğasının pik nöqtəsinin geridə qaldığını açıqladı

Çinin səhiyyə məsələləri üzrə komitəsinin nümayəndəsi Mi Fen ölkədə koronavirus epidemiyasının pik həddinin başa çatdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, son bir həftə ərzində Çinin Hubey əyalətində, Uhan şəhəri istisna olmaqla, COVID-19 virusuna yoluxma ilə bağlı yeni hal aşkar edilməyib.

Adıçəkilən əyalətdən kənarda 7 yeni hal qeydə alınıb ki, onlardan 6-sı “gətirilmə”dir.

“Bu məlumatlar ümumilikdə ölkədə epidemiyanın bu dalğasının pik nöqtəsinin artıq geridə qaldığını göstərir”, - Mi Fen deyib.

Qeyd edək ki, dünən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi