Yuxarı

​Çində katerin qəzaya uğraması nəticəsində 20 nəfər itkin düşüb

Gəmi sahibi bildirib ki, kater çayda sınaq məqsədi ilə üzüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Çinin Szyans əyalətində Yansızı çayında katerin qəzaya uğraması nəticəsində təqribən 20 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

İlkin məlumata görə, katerin göyərtəsində İndoneziya, Yaponiya və Fransadan təqribən 8 əcnəbi vətəndaş olub.

Gəmi sahibi bildirib ki, kater çayda sınaq məqsədi ilə üzüb.

Xilasedicilər axtarış işlərinə başlayıblar və artıq üç nəfəri tapmaq mümkün olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi