Çin "İpək yolu"nun inkişafda olan ölkələrinə 8,7 mlrd. dollar ayıracaq

Çin "İpək yolu"nun inkişafda olan ölkələrinə 8,7 mlrd. dollar ayıracaq Bu, yaxın illər ərzində baş tutacaq
Digər ölkələr
14 May , 2017 11:43
Çin İpək yolunun inkişafda olan ölkələrinə 8,7 mlrd. dollar ayıracaq

Bakı. 14 may. REPORT.AZ/ Çin yaxın 3 ildə yeni "İpək yolu"nun tikintisində iştirak edən inkişaf etməkdə olan ölkələrə 8,7 mlrd. dollar ayırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu "Bir kəmər – bir yol" strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli forumda Çin sədri Si Szinpin deyib.

"Çin, yaxın 3 ildə "Bir kəmər – bir yol" strategiyasının həyata keçirilməsində iştirak edən inkişaf etməkdə olan ölkələr və beynəlxalq təşkilatlara daha çox mülki obyektlər yaratmaq üçün 8,7 mlrd. dollar həcmində yardım ayıracaq", — deyə Si Szinpin bildirib.

Son xəbərlər

Orphus sistemi