Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi

Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlər artıq Tbilisiyə çatdırılıb.
Digər ölkələr
1897
25 Mart , 2020 20:03
Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlər artıq Tbilisiyə çatdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, Siçuan əyaləti rəhbərliyinin təqdim etdiyi koronavirus və digər respirator virusları müəyyən edən testlər və müvafiq avadanlıqların ümumi dəyəri 420 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu testlərdən ilk olaraq azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun sakinləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi