Çin Günəş sisteminin ən parlaq planetinə kosmik missiya planlaşdırır

Çin Günəş sisteminin ən parlaq planetinə kosmik missiya planlaşdırır Çin 2026-cı ildə Venera planetində kosmik missiyaya başlaya bilər.
Digər ölkələr
16 iyul 2022 02:04
Çin Günəş sisteminin ən parlaq planetinə kosmik missiya planlaşdırır

Çin 2026-cı ildə Venera planetində kosmik missiyaya başlaya bilər.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, Çin planetə pilotsuz uçuş aparatı göndərməyi planlaşdırır.

VOICE missiyası 4 ildən sonra başlaya bilər, uçuş aparatı 2027-ci ildə Günəş sistemindəki ən isti və ən parlaq planetin orbitinə çıxacaq.

Aparat Veneranın səthindən 350 km məsafədə yerləşəcək və onun geoloji təkamülünü, atmosferdəki istilik və kimyəvi prosesləri öyrənəcək.

Missiya hələ yekun şəkildə bəyənilməyib. Büdcə, texnologiya və raket buraxılış cədvəli baxımından bir neçə fərqli layihə nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi