Çin, Fransa və Almaniya liderləri Ukraynadakı vəziyyəti müzakirə edib

Çin, Fransa və Almaniya liderləri Ukraynadakı vəziyyəti müzakirə edib Çinin sədri Si Szinpin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şols arasında videoformatda görüş olub.
Digər ölkələr
8 Mart , 2022 16:04
Çin, Fransa və Almaniya liderləri Ukraynadakı vəziyyəti müzakirə edib

Çinin sədri Si Szinpin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında videoformatda görüş olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi televiziyası yayıb.

Bildirilib ki, dövlət başçıları Ukraynadakı vəziyyəti, İranın nüvə proqramını və Avropa İttifaqı ilə Çin arasında əməkdaşlığı müzakirə ediblər.

“Çin Ukraynadakı mövcud vəziyyətdən narahatdır və Avropa qitəsində alovlanan müharibədən dərin təəssüf hissi keçirir. Çin hesab edir ki, BMT Nizamnaməsinə əsasən, bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət vacibdir”, - Si Szinpin bildirib.

Onun sözlərinə görə, bütün dövlətlərin təhlükəsizliyinin qayğısına qalması qanunauyğundur: “Biz böhranın dinc yolla tənzimlənməsini bütün gücümüzlə dəstəkləyirik. Ukraynadakı böhranın nəzarətdən çıxmaması üçün gərginliyi aradan qaldırmaq vacibdir”.

Son xəbərlər

Orphus sistemi