Çin Əfqanıstana 31 milyon dollar yardım edəcək

Çin Əfqanıstana 31 milyon dollar yardım edəcək Çin hökuməti Əfqanıstana 200 milyon yuan (təxminən 31 milyon dollar) ərzaq və dərman yardımı, həmçinin 3 milyon dozada COVID-19 peyvəndi verəcək.
Digər ölkələr
13 Sentyabr , 2021 21:36
Çin Əfqanıstana 31 milyon dollar yardım edəcək

Çin hökuməti Əfqanıstana 200 milyon yuan (təxminən 31 milyon dollar) ərzaq və dərman yardımı, həmçinin 3 milyon dozada COVID-19 peyvəndi verəcək.

“Report” xəbər verir ki, bu barədə BMT -nin Əfqanıstana yardımla bağlı nazirlər toplantısında Çin Xalq Respublikasının BMT ofisi və digər beynəlxalq təşkilatların Cenevrədəki daimi nümayəndəsi Çen Xu məlumat verib.

Onun sözlərinə görə, indiki şəraitdə beynəlxalq birlik Əfqanıstana yardımı gücləndirməli və genişləndirməlidir.

“Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin humanitar və digər yardım növləri ilə bağlı xüsusi öhdəlikləri var. Əfqanıstan xalqının ehtiyaclarına gəldikdə, Çin bütün mümkün vasitələrdən istifadə edərək ölkənin sülh yolu ilə yenidən qurulmasına və iqtisadi inkişafına dəstək verməyə davam edəcək”.

Son xəbərlər

Orphus sistemi