Çin bir qrup əcnəbiyə güzəşt edəcək

Çin bir qrup əcnəbiyə güzəşt edəcək Bu barədə Çjao Litszyan müntəzəm brifinqdə bildirib
Digər ölkələr
15 Mart , 2021 15:51
Çin bir qrup əcnəbiyə güzəşt edəcək

Çin hökuməti yalnız Honkonq vasitəsilə ölkəyə gələn və Çinin koronavirus infeksiyasına qarşı peyvəndi ilə aşılanan əcnəbilərin materik əraziyə girişini asanlaşdıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan müntəzəm brifinqdə bildirib.

“Bildiyim qədəri ilə, əcnəbilər üçün giriş prosedurlarının sadələşdirilməsi üzrə müvafiq tədbir yalnız Çin peyvəndi aşılanan və Honkonqdan Çinə daxil olanlara aiddir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi