​Çin Afrikanın şərqində Ədən körfəzində hərbi baza yaradır

​Çin Afrikanın şərqində Ədən körfəzində hərbi baza yaradır Hərbi hissəyə 10 min əsgər yerləşdiriləcək
Digər ölkələr
27 Noyabr , 2015 10:40
​Çin Afrikanın şərqində Ədən körfəzində hərbi baza yaradır

Bakı. 27 noyabr. REPORT.AZ/ Çinin Cibutidəki bazasında 10 il müddətində 10 min əsgər xidmət edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çen bildirib.

Onun sözlərinə görə, bu hərbi bazanın qurulmasında məqsəd BMT-nin Somalidə humanitar fəaliyyətinə yardım etməkdir.

Qeyd edək ki, Cibuti Respublikası Afrikanın şərqində yerləşən kiçik dövlətdir. Bu ölkə şimaldan Eritreya, qərb və cənubdan Efiopiya, cənub-şərqdən isə Somali ilə həmsərhəddir. Qırmızı dənizə və Ərəb dənizinin Ədən körfəzinə çıxışı var. Ərəbistan yarımadasında yerləşən Yəməndən 20 kilometr uzaqlıqdadır. Paytaxtı Cibuti şəhəridir. Əhalisinin hamısı müsəlmandır. Digər dinlərdən olanların sayı azdır. Əhalisinin sayı 875 min nəfərdir. Ərazisi 23 min kv.km-dir.

Son xəbərlər

Orphus sistemi