Yuxarı
    Bağlamaq

    Çin ABŞ-ın sualtı pilotsuz aparatını ələ keçirib

    Hadisə Cənubi Çin dənizində baş verib

    Bakı. 16 dekabr. REPORT.AZ/ Çinin hərbi gəmisi beynəlxalq sularda ABŞ-ın sualtı pilotsuz aparatını ələ keçirib.

    "Report"un məlumatına görə, bu barədə "Reuters" ağentliyi ABŞ-ın Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

    Məlumata görə, hadisə dekabrın 15-də Cənubi Çin dənizində baş verib. Sualtı pilotsuz aparat ABŞ-ın "USNS Bowditch" okeanoqraf gəmisi tərəfindən suya buraxılıb.

    Agentliyin məlumatına görə, ilk belə hadisə uzun müddət əvvəl baş verib. Həmin vaxtda da, sualtı pilotsuz aparat Çin hərbçiləri tərəfindən Subik Bey körfəzinin şimal-qərbində tutulmuşdu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi