Çin ABŞ-ı yeni rüsumlara qarşı cavab tədbirləri ilə hədələyib

Çin ABŞ-ı yeni rüsumlara qarşı cavab tədbirləri ilə hədələyib Bakı. 19 iyun. REPORT.AZ/ Çin ABŞ-ı yeni rüsumlarla əlaqədar cavab tədbirləri ilə hədələyib.
Digər ölkələr
19 İyun , 2018 06:43
Çin ABŞ-ı yeni rüsumlara qarşı cavab tədbirləri ilə hədələyib

Bakı. 19 iyun. REPORT.AZ/ Çin ABŞ-ı yeni rüsumlarla əlaqədar cavab tədbirləri ilə hədələyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Çinin kommersiya naziri bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp Çin mallarına əlavə rüsumlar tətbiq etsə, rəsmi Pekin kəmiyyətli və keyfiyyətli tədbirlər görəcək. Bildirilir ki, tədbirlər kompleks xarakterli olacaq. Çin qəti tədbirlərə köklənib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, hökumətin ticarət nümayəndələrinə 200 milyard dollar dəyərində əlavə rüsumun tətbiqi üçün Çin mallarının siyahısını tərtib etməyi tapşırıb. 

Son xəbərlər

Orphus sistemi