Çin 40 ildən sonra ABŞ-dan neft alıb

Çin 40 ildən sonra ABŞ-dan neft alıb "Sinopec" təmsilçisi: "ABŞ neftinin ixracatı dünya bazarı üçün müsbət xəbər sayılır"
Digər ölkələr
15 Yanvar , 2016 15:38
Çin 40 ildən sonra ABŞ-dan neft alıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Çinin "Sinopec" neft-qaz şirkəti 40 ildən sonra ilk dəfə ABŞ-dan neft alıb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Şirkətdən bildirilib ki, ABŞ neftinin ixracatı dünya bazarı üçün müsbət xəbər sayılır: "Əgər bu neft iqtisadi baxımdan rəqabətə davamlı olarsa, onda Asiya-Sakit okean bölgəsindəki emalçıların "qara qızıl" ehtiyatını artırmaq üçün rəngarəngliyin yaranmasına təsir edəcək". 

Qeyd edək ki, ABŞ Konqresi 1975-ci ilin dekabrında Çinə neft ixracatına embarqo qoymuşdu.

"China Petroleum and Chemical Corporation" ("Sinopec") böyüklüyünə görə "Petro China"dan sonra Çinin ikinci böyük enerji şirkətdir. 

Son xəbərlər

Orphus sistemi