Çilinin sabiq prezidenti BMT-nin insan hüquqları üzrə ali komissarı ola bilər

Çilinin sabiq prezidenti BMT-nin insan hüquqları üzrə ali komissarı ola bilər Bakı. 9 avqust. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterriş Çilinin keçmiş prezidenti Mişel Baçeleti qurumun insan hüquqları üzrə ali komissarı vəzifəsinə təyin etməyi planlaşdırır.
Digər ölkələr
9 Avqust , 2018 15:43
Çilinin sabiq prezidenti BMT-nin insan hüquqları üzrə ali komissarı ola bilər
globallookpress.com

Bakı. 9 avqust. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterriş Çilinin keçmiş prezidenti Mişel Baçeleti qurumun insan hüquqları üzrə ali komissarı vəzifəsinə təyin etməyi planlaşdırır.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin saytında yazılıb.

Qeyd edək ki, M.Baçelet iki dəfə Çili prezidenti olub: 2006-cı ildən 2010-cu ilədək və 2014-cü ildən 2018-ci ilədək. Bundan əlavə, onun BMT-də iş təcrübəsi var. Xanım diplomat 2010-2013-cü illərdə BMT-Qadınlar strukturunun icraçı direktoru vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi