Çilinin paytaxtı Santyaqoda bir neçə bina yandırılıb

Çilinin paytaxtı Santyaqoda bir neçə bina yandırılıb Çilinin paytaxtı Santyaqoda minlərlə insan etiraz aksiyası keçirir.
Digər ölkələr
29 Oktyabr , 2019 03:42
Çilinin paytaxtı Santyaqoda bir neçə bina yandırılıb

Çilinin paytaxtı Santyaqoda minlərlə insan etiraz aksiyası keçirir.

Bu barədə "Report" "24 Horas"a istinadən xəbər verir.

Bildirilir ki, minlərlə insan şəhərin küçələrinə çıxıb. Aksiya əvvəlcə dinc keçirilsə də, sonradan iğtişaşlar başlayıb. Belə ki, şəhərdə bir neçə bina yandırılıb. Hətta tüstülənmə səbəbindən bir otelin müştəriləri təxliyyə edilib.

Yanğın hadisələrinin baş verdiyi binalara yanğınsöndürənlər cəlb edilib. Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir. 

Ötən həftənin bazar ertəsi günü Çili prezidenti Sebastyan Pinera aksiyalar fonunda bir neçə naziri vəzifədən kənarlaşdırıb. Vəzifədən azad edilənlər arasında daxili işlər naziri də var. 

Son xəbərlər

Orphus sistemi