Çilidə 6,8 bal gücündə zəlzələ olub

Çilidə 6,8 bal gücündə zəlzələ olub Çilinin şimal-şərqində 6,8 bal gücündə zəlzələ olub.
Digər ölkələr
3 İyun , 2020 15:15
Çilidə 6,8 bal gücündə zəlzələ olub

Çilinin şimal-şərqində 6,8 bal gücündə zəlzələ olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, təbii fəlakət iyunun 3-də günorta saatlarında baş verib. Zəlzələnin mərkəzi San-Pedro-de-Atakama yaşayış məntəqəsindən 50 km cənubda və Antofaqasta şəhərindən 226 km şərqdə yerləşib, ocağı 80 km dərinlikdə olub.

Dağıntı və itkilər barədə məlumat yayılmayıb.

Son 60 ildə Çilidə ən güclü zəlzələ 1960-cı il mayın 22-də baş verib. Onda 5 minə yaxın insan ölmüşdü. 

Son xəbərlər

Orphus sistemi