Bakı. 21 yanvar. REPORT.AZ/ Çilinin mərkəzi vilayətində kiçik təyyarə qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" məlumat verib.
Məlumata görə, hadisə Araukaniya vilayətində qeydə alınıb. Hadisə zamanı 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
"24 Horas" portalı isə qeyd edib ki, hadisə zamanı ölənlərin 2-i də pilotlardır. Xəsarət almış iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.