Çilidə təbii fəlakət nəticəsində itkin düşənlərin sayı 150 nəfərə çatıb

Çilidə təbii fəlakət nəticəsində itkin düşənlərin sayı 150 nəfərə çatıb Hazırda ölənlərin sayı 26 nəfərdir
Digər ölkələr
7 Aprel , 2015 20:55
Çilidə təbii fəlakət nəticəsində itkin düşənlərin sayı 150 nəfərə çatıb

Bakı. 7 aprel. REPORT.AZ/ Çilinin şimalında güclü leysan və sel nəticəsində itkin düşənlərin sayı 150 nəfərə çatıb. 

"Report"un "France Press"ə istinadən verdiyi məlumata görə, bundan əvvəl 60 nəfərin itkin düşdüyü bildirilirdi. Hazırda ölənlərin sayı 26 nəfərdir. 

Qeyd edək ki, martın sonlarında Çilidə yağan yağışların miqdarı son 80 ildə rekord həddə çatıb. Hadisə nəticəsində 30 minə yaxın vətəndaş ziyan çəkib. Onlardan 2 500 nəfəri sığınacaqlarda yerləşdirilib.  

Son xəbərlər

Orphus sistemi