Çilidə sel daşqınları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Çilidə sel daşqınları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb Təbii fəlakət zonasında axtarış işləri davam etdirilir
Digər ölkələr
23 Dekabr , 2017 06:15
Çilidə sel daşqınları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Çilinin cənubunda könüllü xilasedicilər sel daşqınları nəticəsində həyatını itirmiş daha bir nəfərin – uşağın meyitini tapıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "BioBio" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, hazırda təbii fəlakət nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, daha 7 nəfər itkin düşüb.

Uşağın meyiti sel axını üzərində olan evin dağıntıları altından tapılıb. Fəlakət zonasında axtarış işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi