Çilidə qarışıqlıqlar zamanı 2200-dən çox polis xəsarət alıb

Çilidə qarışıqlıqlar zamanı 2200-dən çox polis xəsarət alıb Çilidə oktyabrın ortalarından davam edən qarışıqlıqların gedişatında 2200-dən çox polis əməkdaşı müxtəlif xəsarətlər alıb.
Digər ölkələr
27 Noyabr , 2019 21:59
Çilidə qarışıqlıqlar zamanı 2200-dən çox polis xəsarət alıb

Çilidə oktyabrın ortalarından davam edən qarışıqlıqların gedişatında 2200-dən çox polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

"Report"un məlumatına görə, bu barədə "24 Oras" telekanalının efirində ölkə prezidenti Sebastyan Pinera bildirib.

"Son həftələr ərzində 2210 polis zərər çəkib. Onlardan 57-i güllə xəsarətləri alıb, daha 45 nəfər "Molotov" kokteyllərindən yanıq xəsarətləri alıb", - deyə dövlət başçısı müraciətində bildirib.

Prezidentin sözlərinə görə, 188 polis bölməsi və asayiş keşikçilərinin demək olar, 1000 avtomobili hücumlara məruz qalıb. "Polis heç vaxt olmadığı kimi bizim tam dəstəyimizə ehtiyac duyur", - Pinera qeyd edib.

O, həmçinin qeyd edib ki, Çilinin hüquq-mühafizə orqanları "öz tapşırıqlarının icrası üçün az təchiz edilib".

Dövlət başçısı parlamenti hökumət tərəfindən hazırlanmış qarışıqlıqlarda iştirak, vandalizm və soyğunçuluqla bağlı cəzaları kəskinləşdirən qanun layihələrini mümkün qədər tez bəyənməyə çağırıb.

Eyni zamanda Pinera vurğulayıb ki, polis insan hüquqlarına hörmət edərək və qanunları pozmadan qanun-qaydanı müdafiə etməlidir.

Son xəbərlər

Orphus sistemi