Çilidə prezidentliyə namizədlərdən heç biri seçkilərin I turunda qalib gələ bilməyib

Çilidə prezidentliyə namizədlərdən heç biri seçkilərin I turunda qalib gələ bilməyib Seçkilərin birinci turunda qalib gəlmək üçün seçicilərin 50 faizindən çoxunun səsi toplanılmalıdır
Digər ölkələr
20 Noyabr , 2017 02:28
Çilidə prezidentliyə namizədlərdən heç biri seçkilərin I turunda qalib gələ bilməyib

Bakı. 20 noyabr. REPORT.AZ/ Çilidə prezidentliyə namizədlərdən heç biri seçkilərin I turunda qələbə qazanmaq üçün tələb olunan seçici səslərini toplaya bilməyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Seçki Xidmətinin 6,44 faiz seçici bülletenlərini hesablamasından sonra məlum olub.

Qeyd edilir ki, seçkilərin nəticələrinə görə, sağ qüvvələrin namizədi, keçmiş prezident Sebastyan Piner 36,13 faiz səslə liderlik edir. İkinci yerdə senator, sol mərkəzçi qüvvələrin dəstəklədiyi Alexandro Qilyer 22,62 faiz səslə qərarlaşıb.

Seçici səslərinin sayına görə üçüncü yerdə "Geniş cəbhə" sol koalisiyasından olan Beatris Sançes Munos mövqe tutub (20,78 faiz seçisi səsi).

Qeyd edək ki, Çili qanunvericiliyinə əsasən, seçkilərin birinci turunda qalib gəlmək üçün seçicilərin 50 faizindən çoxunun səsini toplamaq tələb olunur.

Son xəbərlər

Orphus sistemi