Çilidə prezident seçkilərin ikinci turunda seçiləcək

Çilidə prezident seçkilərin ikinci turunda seçiləcək Çilidə keçirilən prezident seçkilərində səslərin 19.9%-nin hesablanmasından sonra sağçı namizəd Xose Antonio Kastın qalib olduğu açıqlanıb.
Digər ölkələr
22 Noyabr , 2021 07:50
Çilidə prezident seçkilərin ikinci turunda seçiləcək

Çili seçiciləri ölkənin prezidentini ikinci turda seçəcəklər.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, seçkilərin birinci turunda namizədlərdən heç biri qanunvericilikdə tələb olunan səsləri toplaya bilməyib.

Çili qanunlarına görə birinci turda qalib gəlmək üçün 50% + 1 səs toplamaq tələb olunur. Bununla belə, kampaniyanın liderləri, sağçı namizəd Xose Antonio Kast və onun əsas rəqibi Qabriel Borik müvafiq olaraq 27,97 və 25,70% səs toplayıblar. Bundan əvvəl  seçkilərdə səslərin 19.9%-nin hesablanmasından sonra sağçı namizəd Xose Antonio Kastın qalib olduğu açıqlanıb.

Artıq səslərin 94,83 faizi hesablanıb. Seçkilərin ikinci turu dekabrın 19-da baş tutacaq.

Hakim koalisiyanın namizədi Sebastyan Siçel marafonu tərk edib. 

03:06

Çilidə keçirilən prezident seçkilərində səslərin 19.9%-nin hesablanmasından sonra sağçı namizəd Xose Antonio Kastın qalib olduğu açıqlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Seçki Komissiyası məlumat yayıb.

Qeyd edilir ki, Kast 29,31% səs toplayıb. Onun əsas rəqibi Qabriel Borikdir, sonuncuya seçicilərin 23,47%-i səs verib.

Seçkilərin ikinci turunun əsas namizədləri bunlardır.

Son xəbərlər

Orphus sistemi