Çilidə infeksiyaya yoluxma sayı 100 minə yaxınlaşır

Çilidə infeksiyaya yoluxma sayı 100 minə yaxınlaşır Çili Səhiyyə Nazirliyi koronavirus üzrə statistikanı yeniləyib.
Digər ölkələr
1 İyun , 2020 06:33
Çilidə infeksiyaya yoluxma sayı 100 minə yaxınlaşır

Çili Səhiyyə Nazirliyi koronavirus üzrə statistikanı yeniləyib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, ölkədə bir gün ərzində koronavirusa 4 830 yeni yoluxma aşkarlanıb. Son sutkada daha 57 nəfər COVID-19-dan ölüb.

Qeyd edilir ki, koronavirusun aşkarlandığı şəxslərin sayı 99 688-ə çatıb.

Müalicə alan 1 054 pasiyentin həyatını xilas etmək mümkün olmayıb, 42 727 xəstə sağalıb.

Son xəbərlər

Orphus sistemi