Çilidə etirazçılar Argentina səfirliyinə hücum ediblər

Çilidə etirazçılar Argentina səfirliyinə hücum ediblər Çilinin paytaxtı Santyaqoda etirazçılar mehmanxana və restoranları qarət edərək yandırıblar.
Digər ölkələr
13 Noyabr , 2019 06:58
Çilidə etirazçılar Argentina səfirliyinə hücum ediblər

Çilinin paytaxtı Santyaqoda etirazçılar mehmanxana və restoranları qarət edərək yandırıblar.

"Report" xəbər verir ki, bu barədə yerli "24 horas" nəşri bildirib.

Qeyd edilir ki, etirazçılar həmçinin Argentinanın bu ölkədəki səfirinin iqamətgahına hücüm ediblər. Aksiyaçılar kilsədə də yanğınlar törədiblər.

"Yüzdən çox maskalı adam paytaxtın Vikuni Makkenna küçəsində mehmanxana və restoranı soymaq, sonra da yandırmağa cəhd etmək üçün toplaşıblar" - deyə xəbərdə bildirilir.

KİV-in məlumatına görə, yanğın mərkəzləri Çili universitetinin tikilməkdə olan binasında, Verakrusdakı kilsədə qeydə alınıb.

Aksiyaçılar həmçinin Argentinanın bu ərazidə yerləşən səfirliyinin binasına da hücum ediblər. Səfir Xose Oktavio Bordonanın sözlərinə görə, "dələduzlar artıq yarım saat ərzində səfirliyə daş atmağa başlayıblar". O, qeyd edib ki, diplomatik korpusun heyəti nümayəndəliyin daxilindədir.

Son xəbərlər

Orphus sistemi