Çilidə etiraz aksiyaları başlayandan 26 mindən artıq saxlanılan var.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkənin
Bunlardan 1100-ə yaxını qanunsuz hesab edilib. Saxlanılanlardan 1396 nəfər prokurorluğun tələbilə həbs edilib, 320 halda belə bir tələb əsassız sayılıb.
“Vəziyyət ciddidir. Məncə, ən qısa vaxtda dialoqa başlayaraq razılaşma yolları tapılmalıdır”, - Ali Məhkəmənin sədri Lamberto Sisternasın nümayəndəsi bildirib.
Xatırladaq ki, ötən ayın əvvəllərində Santiaqo metrosunda qiymətlərin qaldırılmasından sonra başlayan etiraz aksiyaları tez bir zamanda başqa şəhərlərə də sirayət edərək təhsil və səhiyyənin acınacaqlı səviyyəsinə, maaşların azlığına, bahalığa qarşı etirazlara çevrilib.
Ötən gecə hökumətlə müxalifət arasında gələn ilin aprel ayında yeni Konstitusiyaya dair ümumxalq referendum keçirmək, ölkədə sabitliyi və asayişi bərpa etmək barədə razılaşma imzalanıb.