Çilidə bir sutka ərzində ikinci güclü zəlzələ baş verib

Çilidə bir sutka ərzində ikinci güclü zəlzələ baş verib Sunami xəbərdarlığı elan olunmayıb
Digər ölkələr
11 Noyabr , 2015 06:55
Çilidə bir sutka ərzində ikinci güclü zəlzələ baş verib

Bakı. 11noyabr. REPORT.AZ/ Çilidə bir sutka ərzində ikinci güclü zəlzələ baş verib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, 6.9 bal gücündəki yeraltı təkanların episentri Kokimbo şəhərindən 11 km. şimal-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 33 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan olunmayıb.

Xatırladaq ki, ötən axşam Çilinin şimalında 5.6 bal gücündə zəlzələ qeydə alınmışdı.

Son xəbərlər

Orphus sistemi