Çilidə baş vermiş meşə yanğınlarında 6 nəfər ölüb

Çilidə baş vermiş meşə yanğınlarında 6 nəfər ölüb Prezidenti Mişel Baçelet meşə yanğınlarını ölkə tarixinin ən dəhşətlisi adlandırıb
Digər ölkələr
26 Yanvar , 2017 06:31
Çilidə baş vermiş meşə yanğınlarında 6 nəfər ölüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Çilidə baş vermiş meşə yanğınlarında 6 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Mario Fernandes də təsdiqləyib.

Hazırda meşə yanğınları 200 min hektar sahəni əhatə edir. Çili prezidenti Mişel Baçelet meşə yanğınlarını ölkə tarixinin ən dəhşətlisi adlandırıb.

"Mən paytaxt vilayətində və Maul administrativ mərkəzində yanğınsöndürən Ernan Evilesin xatirəsinə ehtiram əlaməti olaraq matəm elan olunması barədə göstəriş vermişəm"- deyə "Twitter"dəki mikrobloqunda yazıb.

Yanğının söndürülməsinə 4 min yanğınsöndürən və hərbçi cəlb edilib. Çilidə yanğınsöndürmə bölmələri könüllülərdir. Dövlət onlara bu işə görə hər hansı ödənc etmir.

Son xəbərlər

Orphus sistemi