Bakı. 30 oktyabr. REPORT.AZ/ Çilinin şimalında zəlzələ olub.
"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ 4,5 bal gücündə olub. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Ovale şəhərindən 57 kilometr cənub-qərbdə qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.