Çili Venesuelaya etiraz notası təqdim edib

Çili Venesuelaya etiraz notası təqdim edib Bakı. 25 sentyabr. REPORT.AZ/ Çili Xarici İşlər Nazirliyinin xarici siyasət üzrə baş katibi, səfir Patrisio Torres Venesuelanın ölkədəki səfiri Arevalo Mendesə etiraz notası təqdim edib.
Digər ölkələr
25 Sentyabr , 2018 12:05
Çili Venesuelaya etiraz notası təqdim edib
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Çili Xarici İşlər Nazirliyinin xarici siyasət üzrə baş katibi, səfir Patrisio Torres Venesuelanın ölkədəki səfiri Arevalo Mendesə etiraz notası təqdim edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, buna səbəb daha əvvəl Venesuela tərəfinin Çilinin diplomatik nümayəndəliyinin əməkdaşlarının Bolivarian Respublikasının başçısı Nikolas Maduroya qarşı sui-qəsd cəhdində iştirakla bağlı iddiaları olub.

Xatırladaq ki, daha əvvəl Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges Maduroya qarşı uğursuz sui-qəsd cəhdində Kolumbiya, Meksika və Çili diplomatik nümayəndəliklərinin əməkdaşlarının əlinin olmasının mümkünlüyünü bildirib. Meksika və Kolumbiya də bu işlə heç bir bağlılıqlarının olmadığını bəyan edib.

"Çili hökuməti Venesuela hökumətinin saxta ittihamlarını rədd edir. Venesuela hökuməti, sadəcə, ölkə daxilindəki ciddi humanitar böhrandan diqqəti yayındırmağa çalışır", - Çilinin xarici işlər naziri Roberto Ampuero deyib.

Son xəbərlər

Orphus sistemi