Çili sahillərində 7 bal gücündə zəlzələ baş verib

Çili sahillərində 7 bal gücündə zəlzələ baş verib Çilinin sahillərində növbəti dəfə zəlzələ qeydə alınıb.
Digər ölkələr
24 Yanvar , 2021 04:19
Çili sahillərində 7 bal gücündə zəlzələ baş verib

Çilinin sahillərində növbəti dəfə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, yeraltı təkanların episentri təqribən 117 min nəfərin yaşadığı Punta Arenas şəhərindən 1 328 km cənub-şərqdə yerləşib. 7 bal gücündə olan yeraltı təkanların ocağı 40 km dərinlikdə olub.

Zəlzələ bölgəsində, Rusiyanın Bellinshauzen stansiyası da daxil olmaqla bir sıra Antarktika tədqiqat stansiyalarının yerləşdiyi Cənubi Şetland adaları var.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib.

Son xəbərlər

Orphus sistemi