​Çili hökuməti öldürülən generalın qızına 1 milyon dollar ödəyəcək

​Çili hökuməti öldürülən generalın qızına 1 milyon dollar ödəyəcək Prats 1973-cü il sentyabrın 11-də ölkədə baş verən hərbi çevrilişə qarşı çıxış etmişdi
Digər ölkələr
25 Dekabr , 2014 08:30
​Çili hökuməti öldürülən generalın qızına 1 milyon dollar ödəyəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Çili hökuməti hərbi diktatura zamanı hərbçilər tərəfindən öldürülən general Karlos Pratsın qızına təxminən 1 milyon dollar təzminat ödəyəcək.

"Report" bildirir ki, təzminatın məbləği Çili dövlətinin Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub və həlak olmuş generalın qohumları ilə razılaşdırılıb.

Qeyd edək ki, Karlos Prats Çili quru qoşunları komandanı idi. O dövründə qanuni yolla prezident seçilmiş Salvador Alyendeni dəstəkləyirdi. Prats 1973-ci il sentyabrın 11-də ölkədə baş verən hərbi çevrilişə qarşı çıxış etmişdi. 1974-ci il sentyabrın 30-da Pratsla birlikdə həyat yoldaşı da hərbiçilər tərəfindən güllələnmişdi.

Son xəbərlər

Orphus sistemi