Bakı. 8 may. REPORT.AZ/ Çikaqoda iki nəfərin dəfn mərasiminə toplaşanlara tüfəng ilə atəş açması nəticəsində azı iki nəfər həlak olub, 8 nəfər yaralanıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, xəsarət alanlar dünən axşam elə həmin gün öldürülən insanın xatirəsini yad etmək üçün dəfn mərasiminə toplaşıbmış.
Yerli polis nümayəndəsi Entoni Qulyelminin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən insidenti hansısa başqa qruplaşmanın qisası kimi nəzərdən keçirir.