Çikaqoda atışma nəticəsində biri polis olmaqla 4 nəfər ölüb - YENİLƏNİB

Çikaqoda atışma nəticəsində biri polis olmaqla 4 nəfər ölüb - YENİLƏNİB Bakı. 20 noyabr. REPORT.AZ/ Bazar ertəsi ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yerləşən xəstəxana binası ərazisində baş vermiş silahlı insident zamanı 4 nəfər ölüb.
Digər ölkələr
20 Noyabr , 2018 06:32
Çikaqoda atışma nəticəsində biri polis olmaqla 4 nəfər ölüb - YENİLƏNİB

Bakı. 20 noyabr. REPORT.AZ/ Bazar ertəsi ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yerləşən xəstəxana binası ərazisində baş vermiş silahlı insident zamanı 4 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kuk dairəsinin baş məhkəmə tibb ekspertinin ofisinin nümayəndəsinə istinadən ABC teleşirkəti məlumat yayıb.

Onun sözlərinə görə, atışma zamanı bir polis əməkdaşı da daxil olmaqla güllə yarası alan 3 nəfər keçinib. Şübhəli şəxs də polislə atışma zamanı başından odlu silah yarası alaraq ölüb.


***02:24

Bakı. 20 noyabr. REPORT.AZ/ ABŞ-ın Çikaqo şəhərində yerləşən xəstəxanalardan biri yaxınlığında silahlı insident zamanı çoxlu sayda yaralıların olduğu bildirilir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Hazırda əraziyə polis və tibb işçiləri cəlb olunub. "NBC News" telekanalının mənbəyə istinadən yaydığı xəbərə görə, xəstəxana qismən təxliyyə olunub.

Bundan əvvəl ABŞ-ın Tennessi ştatında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi