Ciddədəki Fransa konsulluğuna hücum olub

Ciddədəki Fransa konsulluğuna hücum olub Ciddədəki Fransa Baş Konsulluğunun bir mühafizəçisi yerli vətəndaş olan bir nəfərin bıçaqlı hücumuna məruz qalıb.
Digər ölkələr
2843
29 Oktyabr , 2020 17:30
Ciddədəki Fransa konsulluğuna hücum olub
0 : 00
0 : 00

Fransanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Konsulluğunun mühafizəçisi yerli vətəndaşın bıçaqlı hücumuna məruz qalıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanındakı Fransa səfirliyinin məlumatına görə, xəstəxanaya çatdırılan zərərçəkənin həyatına təhlükə yoxdur.

Səfirlik bu hadisəni qətiyyətlə pisləyərək ölkədəki Fransa vətəndaşlarını “fövqəladə ehtiyatlı” olmağa çağırıb.

Bu hücumun səbəbləri barədə nə Səudiyyə rəsmiləri, nə də Fransa səfirliyi hər hansı ehtimal irəli sürüb.

Son xəbərlər

Orphus sistemi