"Charlie Hebdo" jurnalın alman dilində nəşrini dayandırır

"Charlie Hebdo" jurnalın alman dilində nəşrini dayandırır Bu, oxucu qıtlığı ilə bağlıdır
Digər ölkələr
29 Noyabr , 2017 22:58
Charlie Hebdo jurnalın alman dilində nəşrini dayandırır

Bakı. 29 noyabr. REPORT.AZ/ Fransanın həftəlik "Charlie Hebdo" satirik jurnalı oxucu çatışmazlığı ilə əlaqədar olaraq alman dilində nəşrini dayandırır.

“Report” xəbər verir ki, bunu jurnalın baş redaktoru Jerar Biyar "Gecəniz xeyrə qalsın, dostlar, sizi tərk etməyin zamanıdır" başlıqlı redaktor sütununda yazıb.

Onun yanında alman nəşrinin rəhbəri Minki Şnayderin imzası var.

Qoyulan xərci çıxarmaq üçün "Charlie Hebdo"ya alman dilində 10 min oxucu tələb olunurdu, lakin bu göstərici əldə olunmadı. Jurnalın alman dili nəşrinin dəqiq oxucu sayı açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi