“Charlie Hebdo” cinayətini törədən şəxs adsız məzarda dəfn edilib

“Charlie Hebdo” cinayətini törədən şəxs adsız məzarda dəfn edilib Said Kouachi vaxtilə yaşadığı Reims şəhərində məxfi qaydada torpağa tapşırılıb
Digər ölkələr
18 Yanvar , 2015 05:01
“Charlie Hebdo” cinayətini törədən şəxs adsız məzarda dəfn edilib

BAKI. 18 yanvar. REPORT.AZ/ Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına basqın edərək 12 nəfəri qətlə yetirmiş qardaşlardan biri - Said Kouachi adsız məzarda dəfn edilib.

"Report" Azadlıq Radiosuna istinadla xəbər verir ki, Said Kouachi ötən cümə, gecə saatlarında, vaxtilə yaşadığı Reims şəhərində məxfi qaydada torpağa tapşırılıb.

Reims şəhərinin meri Arnaud Robinet deyib ki, o, məzarın “fanatiklərin ziyarətgahına” çevrilə biləcəyindən ehtiyat etdiyinə görə bu dəfnə etirazını bildiribmiş, lakin qanun qarşısında geri çəkilməli olub.

Şəhər bələdiyyəsinin yaydığı bəyanatda deyilir ki, “asayişin pozulması riskini aradan qaldırmaq və bu faciəli səhifəni mümkün qədər tez çevirmək üçün” dəfn prosesi son dərəcə qısa olub.

Said Kouachinin kiçik qardaşı Cherif Kouachi-nin isə Paris ətrafında yerləşən Jenevilyers şəhərində dəfn ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi