​"Charlie Hebdo" abunəçilərinin say 20 dəfə artıb

​"Charlie Hebdo" abunəçilərinin say 20 dəfə artıb Jurnalın son sayının satılan nüsxələrinin sayı 8 milyona yaxınlaşıb
Digər ölkələr
8 Fevral , 2015 18:55
​Charlie Hebdo abunəçilərinin say 20 dəfə artıb

Bakı. 8 fevral. REPORT.AZ/ Fransanın həftəlik dərc olunan "Charlie Hebdo" jurnalının abunəçilərinin sayı 220 min nəfərə çatıb.

"Report" xəbər verir ki, terror hucumunadək jurnalın cəmi 10 min abunəçisi var idi.

Jurnalın yayımı ilə məşğul olan şirkət direktorunun sözlərinə görə, son buraxılışın satılan nüsxələrinin sayı 8 milyona yaxınlaşıb.

Fransada 7 mln. 100 min, dünyanın 25 ölkəsində isə 760 min nüsxə satılıb.

Jurnalın yeni sayı fevral ayının 25-də işıq üzü görəcək.

Son xəbərlər

Orphus sistemi