Çexiyada koronavirusa yoluxanların sayı sürətlə artır

Çexiyada koronavirusa yoluxanların sayı sürətlə artır Çexiyada daha 184 nəfərdə koronavirus aşkarlanıb.
Digər ölkələr
31 Mart , 2020 10:10
Çexiyada koronavirusa yoluxanların sayı sürətlə artır

Çexiyada daha 184 nəfərdə koronavirus aşkarlanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Çexiyada koronavirus daşıyıcılarının rəsmi sayı 3 001-ə çatıb. Virusdan ölənlərin ümumi sayı 23, sağalanların sayı isə 25 nəfərdir.

Qeyd edək ki, Çexiya Mərkəzi Avropada koronavirusun ən çox yayıldığı ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 785 000-i ötüb. Bunların 165 659 nəfəri sağalıb, 37 826 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi