Çexiyanın baş nazirinə kitabının təqdimat mərasimində yumurta atılıb

Çexiyanın baş nazirinə kitabının təqdimat mərasimində yumurta atılıb Çexiyanın baş naziri Andrey Babişə paytaxt Praqa yaxınlığındakı Pruqonisdə yeni kitabının nümayişi zamanı yumurta atılıb.
Digər ölkələr
8 Avqust , 2021 01:05
Çexiyanın baş nazirinə kitabının təqdimat mərasimində yumurta atılıb
Andrey Babiş

Çexiyanın baş naziri Andrey Babişə paytaxt Praqa yaxınlığındakı Pruqonisdə yeni kitabının nümayişi zamanı yumurta atılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polisin nümayəndəsi Zdenek Xalupa jurnalistlərə bildirib.

"Polis ictimai asayişin pozulması şübhəsi ilə əlaqədar iki nəfəri saxladı, onlardan biri baş nazirə yumurta atan şəxsdir”, - Xalupa deyib.

Tədbir siyasətçinin seçkiqabağı mitinqi ilə birləşdirilib.

Onun sözlərinə görə, polis həmçinin Babişə dəstək aksiyasının keçirildiyi meydanda xaçı kimin çəkdiyini yoxlayır.

Öz növbəsində "Demokratiya üçün milyon anlar" ictimai hərəkatının nümayəndəsi Qana Straşakova jurnalistlərə Babiş hökumətinin pandemiya ilə zəif mübarizə apardığını xatırlatmaq üçün səki daşlarına koronavirus qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq xaçların çəkildiyini söyləyib. Baş nazir mitinq zamanı səki daşlarının təmizlənməsi üçün pulu özü ödəyəcəyini vəd verib.

Mitinq zamanı atılan yumurta baş nazirin və daha bir neçə nəfərin geyimini batırıb.

Son xəbərlər

Orphus sistemi